Azərbaycan, Bakı /müx. " Z.Səfərov/ Bu yaxınlarda Türkiyədə dizindən əməliyyat olunan taekvondo üzrə Avropa çempionu İlkin Şahbazov mayda Pekində keçiriləcək Dünya çempionatınadək formaya düşəcək. Trend ə məlumat verən yığmamızın baş məşqçisi Ələkbər İmaməliyev bildirib ki, idmançının bərpası prosesi yaxşı gedir və o artıq məşqlərə başlayıb. "Əməliyyatadək mənə elə gəlirdi ki, İlkin mundialda iştirak edə bilməyəcək. Lakin onun bərpasının templərini nəzərə alaraq düşünürəm ki, idmançı qalan müddət ərzində yaxşı formaya düşə biləcək. Bu üzdən də Şahbazov adi qaydada məşqlərə keçəcək. İdmançı ümidlidir ki, Pekində medal qazanacaq " - deyə o qeyd edib.
Məşqçi həmçinin bildirib ki, Türkiyədə əməliyyat olunan yığmanın digər lideri Niyaməddin Paşayev məşqlərə yalnız iki aydan sonra başlaya biləcək.