...

Gəncənin sabiq polis rəisi barəsindəki hökm qüvvədə saxlanılıb

Cəmiyyət Materials 17 Aprel 2007 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Gəncənin sabiq polis rəisi Natiq Əfəndiyev barəsindəki hökmdən verilən kassasiya şikayəti təmin olunmayıb. Bu gün Ali Məhkəmədə hakim Vidadi Həşimovun sədrliyi ilə keçirilən prosesdə Əfəndiyev barəsində çıxarılan məhkəmə hökmü qüvvədə saxlanılıb. Bu barədə çərşənbə axşamı vəkil Vüqar Xasayev məlumat verib.

Daşkəsən rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 228.2-ci (qanunsuz silah gəzdirmə) maddəsi ilə ittiham olunan Əfəndiyevə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Apellyasiya Məhkəməsi də hökmdən verilən apellyasiya şikayətini təmin etməyib və hökmü qüvvədə saxlayıb.

Xəbər lenti

Xəbər lenti