...

Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə qarşı qətnamə çıxarılıb

Cəmiyyət Materials 17 Aprel 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Xətai rayon məhkəməsində hakim R.Əhmədovun sədrliyi ilə Hacı Ələsgərovun Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə qarşı İnformasiyanı verməkdən imtinanın qanunsuz sayılması barədə şikayətinə baxılıb. Məhkəmə ərizəçinin tələblərini qismən təmin edib.

Çərşənbə axşamı Hüquq Maarifçiliyi Cəmiyyətindən verilən məlumata görə, məhkəmə Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsi üzərinə sorğuya cavab vermək vəzifəsini qoysa da, qanunvericiliyin tələblərini pozan vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarmayıb.

Ələsgərov 26 yanvar 2007-ci ildə Tarif (qiymət) Şurasına qarşı "Azadlıq" siyasi blokunun keçirdiyi etiraz aksiyasında iştirak edərkən polis tərəfindən tutulub və zorakılığa məruz qalıb. Polislər Ələsgərova tutulmasının səbəbləri haqqında heç bir məlumat vermədən onu Xətai rayon 37-ci polis bölməsinə aparıblar.Ələsgərov fevralın 6-da polis bölməsinə informasiya sorğusu ilə müraciət edib. O, sorğuda tutulması barədə qərarın kim tərəfindən verilməsi, barəsində tutma haqqında protokolun tərtib olunub-olunmaması, barəsində hansı prosessual tədbirlərin keçirilməsi barədə məlumatların və həmin məlumatları özündə əks etdirən sənədlərin ona verilməsini xahiş edib. "İnformasiya əldə etmək haqqında"Qanunun 24.1-ci maddəsi informasiya sorğusunun ən geci 7 iş günü ərzində cavablandırılması tələbini nəzərdə tutub, 37-ci polis bölməsi isə bu günə kimi sorğuya cavab verməyib. Ələsgərov fevralın 6-da polis bölməsinə informasiya sorğusu ilə müraciət edib. O, sorğuda tutulması barədə qərarın kim tərəfindən verilməsi, barəsində tutma haqqında protokolun tərtib olunub-olunmaması, barəsində hansı prosessual tədbirlərin keçirilməsi barədə məlumatların və həmin məlumatları özündə əks etdirən sənədlərin ona verilməsini xahiş edib. "İnformasiya əldə etmək haqqında"Qanunun 24.1-ci maddəsi informasiya sorğusunun ən geci 7 iş günü ərzində cavablandırılması tələbini nəzərdə tutub, 37-ci polis bölməsi isə bu günə kimi sorğuya cavab verməyib. Ələsgərov fevralın 6-da polis bölməsinə informasiya sorğusu ilə müraciət edib. O, sorğuda tutulması barədə qərarın kim tərəfindən verilməsi, barəsində tutma haqqında protokolun tərtib olunub-olunmaması, barəsində hansı prosessual tədbirlərin keçirilməsi barədə məlumatların və həmin məlumatları özündə əks etdirən sənədlərin ona verilməsini xahiş edib. "İnformasiya əldə etmək haqqında"Qanunun 24.1-ci maddəsi informasiya sorğusunun ən geci 7 iş günü ərzində cavablandırılması tələbini nəzərdə tutub, 37-ci polis bölməsi isə bu günə kimi sorğuya cavab verməyib.

Xəbər lenti

Xəbər lenti