...

Millət vəkili nevropatoloq müayinəsindən keçiriləcək

Cəmiyyət Materials 18 Aprel 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Millət vəkili Hüseyn Abdullayevin Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinələri davam edir. Abdullayevin vəkili Kamandar Nəsibov çərşənbə günü bildirib ki, millət vəkilinin nevropatoloq müayinəsindən keçirilməsi üçün müraciət olunub.

Vəkilin sözlərinə görə, nevropatoloqun müayinəyə cəlb olunması təqsirləndirilənin hesabına mümkün ola bilər: "Müəssisənin rəhbərliyinə ünvanladığımız məktubda qeyd etmişik ki, əgər mütəxəssisləri yoxdursa, nevropatoloqun cəlb olunmasına özümüz kömək göstərə bilərik". Vəkil Abdullayevin bir neçə müayinədən keçirildiyini, lakin müayinənin başa çatmadığını deyib. Nəticələr isə müayinə başa çatandan sonra açıqlanacaq.

Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün məhkəmənin qərarı ilə həbs edilib. Abdullayev hazırda Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Barəsində Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb və istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti