Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bu il ərzində Belarus, Moldova, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İranda "Azərbaycan mədəniyyəti günləri" adlı silsilə tədbirlər keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev məlumat verib.
Nazir qeyd edib ki, ildə altı-yeddi ölkədə Azərbaycan mədəniyyəti günləri keçiriləcək. "Mədəniyyət günləri" bu il mayda Belarus və Moldovada olacaq. Adları çəkilən digər ölkələrdə isə həmin tədbirlər bu ilin payızında keçiriləcək.