...

Azərbaycanlı hüquq müdafiəçisi polis bölməsinin sabiq rəisi ilə görüşüb

Cəmiyyət Materials 20 Aprel 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Azərbaycan İşgəncələrə Qarşı Komitənin sədri Elçin Behbudov bu gün 9 saylı cəzaçəkmə müəssisəsində Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin sabiq rəisi Müşfiq Mədətovla görüşüb. Komitə sədri Mədətovun şəkər xəstəliyindən əziyyət çəkdiyini deyib. Mayın 1-də isə Ali Məhkəmədə Mədətovun kassasiya şikayətinə baxılacaq. Sabiq polis rəisi ona bəraət verilməsini tələb edir.

Cinayət Məcəlləsinin 149-cu (zorlama) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham olunan Mədətov cəza çəkmə müəssisələrinə kənardan gətirilən qızları zorlamaqda ittiham olunaraq məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi onun cəzasını 11 ilə endirib.

Xəbər lenti

Xəbər lenti