...

Azərbaycan Elmlər Akademiyasında ixtisarlar aparılacaq

Cəmiyyət Materials 24 Aprel 2007 16:13 (UTC +04:00)
Azərbaycan Elmlər Akademiyasında ixtisarlar aparılacaq

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan Milli Elmlər Akademiyasında işləyən və elmi töhvəsi olmayan alimlər ixtisara salınacaq və institutların sayı azaldılacaq. Bu barədə çərşənbə axşamı "Trendə" Akademiyanın prezidenti Mahmud Kərimov açıqlama verib.

O bildirib ki, növbəti beş il üçün Akademiyanın fəaliyyəti alimlərin sosial müdafiəsinin möhkəmləndirilməsinə, elmi-texniki bazanın yaxşılaşdırılmasına, gənclərin elmə cəlbinə istiqamətlənəcək. Onun sözlərinə görə, prezidentliyi dövründə Akademiyanın idarəetmə üsulu üçün hazırlanan proqramın tətbiqi inkişaf etdiriləcək.

Xəbər lenti

Xəbər lenti