...

Göygölün ekoloji durumu qənaətbəxşdir

Cəmiyyət Materials 26 Aprel 2007 18:13 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Göygölün hazırkı durumu qənaətbəxşdir. Ekoloqların göl ərazisində apardıqları tədqiqatlar bunu deməyə əsas verir. Tədqiqataların nəticəsinə görə, göldə oksigen kütləsi 9,7 milliqram/litr təşkil edib. Bu barədə məlumat verən Azərbaycan Texnologiya Universitetinin elm və texnika üzrə prorektoru Elşad Məmmədovun sözlərinə görə, monitorinq vasitəsiylə Göygölün suyu, meşələri, flora və faunası, ümumiyyətlə ekologiyası daim nəzarətdə saxlanılır.

"Göldə suyun tərkibinin saflığına və burada balıqların artmasına oksigenin birbaşa təsiri var. Məhz bu baxımdan biz göldə suyun oksigen kütləsini öyrənmək üçün tədqiqat apardıq. Əldə olunan nəticələr ürəkaçandır. Gölün ekologiyasında ciddi bir problem yoxdur."

E.Məmmədov gələcəkdə də göldə hər hansı problemin yaranması təhlükəsinin qarşısını almaq üçün ərazidə turizmlə əlaqədar aparılacaq tikinti işləri zamanı bu təbiət abidəsinə həssas yanaşmağın zəruri olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti