...

Təhsil naziri: ""Təhsil haqqında" yeni qanun təhsil sahəsindəki problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq"

Cəmiyyət Materials 2 May 2007 18:12 (UTC +04:00)
Təhsil naziri: ""Təhsil haqqında" yeni qanun təhsil sahəsindəki problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ "Təhsil haqqında" yeni qanun çox mükəmməldir və Milli Məclis tərəfindən hazırlanmış yeni layihədə Təhsil Nazirliyinin bütün iradları nəzərə alınıb. Bu barədə çərşənbə günü Bakıda təhsil naziri Misir Mərdanov məlumat verib. Mərdanov qeyd edib ki, Milli Məclisin Elm və təhsil komissiyasının sədri Şəmsəddin Hacıyevlə bu günlərdə sözügedən qanun layihəsi ilə bağlı görüş keçirib.

"Layihənin bütün maddələri ilə bağlı müzakirə aparmışıq. Hesab edirəm ki, qanun müzakirəyə hazırdır" - deyə təhsil naziri əlavə edib.

Onun sözlərinə görə, qanun layihəsinə nazirliyin son təklifləri redaktə xarakterli olub. O iradların da hamısı nəzərə alınıb. Mərdanovun fikrincə, "Təhsil haqqında" yeni qanun layihəsi çox mükəmməldir: "Təhsil sahəsinidə problemlərin aradan qaldırılmasında qanun kimi öz rolunu oynayacaq".

Nazir onu da dildirib ki, hazırda Təhsil Nazirliyini qanun qəbul edildikdən sonra onun ayrı-ayrı müddəalarının icra mexanizmlərinin hazırlanması düşündürür. O bildirib ki, qanun qəbul edildikdən sonra icra mexanizmlərinin hazırlanmasına başlanacaq.

Xəbər lenti

Xəbər lenti