...

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində struktur dəyişikliklər aparılacaq (video)

Cəmiyyət Materials 7 May 2007 11:56 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində struktur dəyişikliklər aparılacaq (video)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində struktur dəyişikliklər aparılacaq. Bu barədə Trend ə bazar ertəsi müsahibəsində ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov məlumat verib. Ələkbərov bildirib ki, ötən il "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında", "Ədliyyə orqanlarının inkişafı haqqında" qanunlar, "Ədliyyə orqanlarının əsasnaməsi" qəbul olunub. Yeni normativ hüquqi aktlara uyğun olaraq Xidmətin yeni strukturu hazırlanıb və ədliyyə nazirinə təqdim olunub: "Bu məsələ Ədliyyə Nazirliyinin Kollegiyasında da müzakirə olunub, müəyyən təkliflər verilib. Müvafiq əmr imzalanandan sonra ilk olaraq Penitensiar Xidmətin Mərkəzi Aparatının strukturunda dəyişikliklər olunacaq. Aparatın əməkdaşları sərəncama çıxarılacaq. Peşəkarlıq səviyyəsi nəzərə alınaraq müvafiq təyinatlar aparılacaq. Sonra isə digər qurumlarda struktur dəyişikliklər aparılacaq".

Nazir müavininin sözlərinə görə, Penitensiar Xidmətdə 350-yə yaxın ştatın artırılması nəzərdə tutulub. Artırılacaq ştatların əksəriyyəti kiçik rəis heyətinə aiddir: "Beynəlxalq təcrübəni öyrənərkən məlum oldu ki, bizdə məhkumların sayına görə əməkdaşlarımız azdır. Avropa ölkələrində hər 100 məhkuma 80-90 əməkdaş düşdüyü halda, bizdə bu rəqəm olduqca azdır. Biz tədricən bu problemi də aradan qaldırmağa çalışacağıq".

Xəbər lenti

Xəbər lenti