...

Fransada Dünya Kubokunun bürünc medalını azərbaycanlı gimnast Aliyə Qarayeva qazanıb

Cəmiyyət Materials 14 May 2007 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Şəkinski/ Fransada Dünya Kubokunun bürünc medalını azərbaycanlı gimnast Aliyə Qarayeva qazanıb.

Azərbaycanın Gimnastika Federasiyasından verilən məlumata görə, finalda halqa ilə çıxış edən Aliyə 17 bal toplayaraq rusiyalı Yevgeni Kanayeva və ukraynalı Natali Qodunkodan sonra üçüncü olub.

"Bu, Dünya Kubokunda mənim qazandığım ilk medaldır, ümid edirəm ki, sonuncu olmayacaq. Amma mən ancaq bürünc medalla qane olmayacağam, hələ qiymətli metaldan olan 6 medal var",-deyə mükafatlandırma mərasimindən sonra gimnast bildirb.

Finalda Qarayeva iplə 16,65 bal toplayaraq 7-ci yeri qazanıb.

Digər azərbaycanlı gimnast Anna Qurbanova da finalda lentlə iştirak edərək 7-ci yerə sahib olub (15,95 bal).

Çoxnövçülük üzrə 64,95 bal toplayan Qarayeva 9-cu, 63,375 bal toplayan Qurbanova isə 12-ci olub. Dünya Kuboku oyuinlarında ilk dəfə çıxış edən 16 yaşlı bakılı gimnast Zeynəb Cavadlı 81 iştirakçı arasında 41-ci yerə sahib olub (54,875 bal). Bir çox ekspertlərin fikrincə, Zeynəb gözəl göstəricilərə malik olan perspektivli idmançıdır.

Dünya kubokunun mükafatçıları isə Kanayeva, ukraynalı Anna Bessonova və belaruslu İnna Jukova olub. Bununla paralel olaraq Beynəlxalq Gimnastika Federasiyası 30 ən yaxşı idmançı və 25 dünya kuboku idmançısının siyahısını açıqlayıb.

Bizim gimnastlarımızdan halqa ilə çıxış edən Qurbanovanın reytinqi artıb. İndi o, 10-cu yerdədir (6 xal).

Qarayeva bu alətlə çıxışına gorə isə (3 xal) 27 yaşında gimnastikaya qayıtmış ispaniyalı Almudeno Sidlə 11-ci yeri bölüşür.

Bir müddət öncə Burqas Qran-Prisində lentlə çıxışında bürünc medal qazanan Dinara Gimahtova bu növ üzrə 13-cü nəticəni (31,85 xal) göstərib.

4 növdən 3-ü üzrə reytinqdə birinciliyi Bessonova, halqa ilə iştirak reytinqinə görə isə birinci yeri rusiyalı Olqa Kapranova qazanıb.

Ümumilikdə komanda hesabı ilə isə kollektiv halqa və gürzlə iştirakına görə 13-cü yeri (15,17 xal), iplə isə İsrail komandası ilə 9-cu yeri bölüşür (34,3).

Hər iki növ üzrə reytinqə Rusiya yığması rəhbərlik edir.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, 29 iyun-1 iyul Bakıda keçiriləcək Avropa çempionatına qədər növbəti turnir Minskdə keçirilən Qran-Pri yarışı olacaq. 19-20 mayda Belarusun paytaxtında Qarayeva və Gimatova çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti