...

Alpinist İsrafil Aşurlu Everestdən enməyə başlayıb

Cəmiyyət Materials 22 May 2007 13:20 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/Everestə qalxan beynəlxalq ekspedisiyanın tərkibinə daxil olan azərbaycanlı alpinist zirvədən enməyə başlayıb.

İdmançının məlumatına əsasən, komanda tam tərkibdə zirvəni tərk edib və tədricən aşağı doğru hərəkət edir. "Marşrutda işini davam etdirən bir nəfər Sergey Kofanovdur. O, düşərgədən 8300 metr aralıda can verən italiyalı alpinisti aşkar edib. Məlum olub ki, alpinist artıq iki sutkadır ki, qarın üstündə uzanıb. İtaliya komandası onu sadəcə 8300 metrlikdə tərk edib. Lakin Kofanov dostlarının köməyilə italiyalı alpinisti aşağı düşürdür. Nəticədə hazırda o, çətinliklə ayaq üstündə hərəkət edə bilir" - deyə Aşurlu bildirib.

Azərbaycanlı alpinist komanda iştirakçıları arasında birinci olaraq zirvəyə qalxıb və bununla da o, "Yeddi zirvə" proqramını başa vurub.

Xəbər lenti

Xəbər lenti