...

Nəhayət ki, Mehriban xanım getdi!

Cəmiyyət Materials 25 May 2007 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /müx.TrendLife Vüqar Vüqarlı/ Bəli, əziz xanımlar və cənablar, əziz müsəlman qardaşlar, "Maşın-şou"ya baxan sadə tamaşaçılar. Sizi təbrik edirəm! Muştuluq! Nəyə görə? Ona görə ki, nəhayət, hamının gözlədiyi oyunçu layihəni tərk etdi. O, nəinki oyundan çıxdı, verilən səslərin hamısı əleyhinə idi. Necə deyərlər ,millət onun haqqını oyundan çıxarmaqla verdi. Bu hicaba bürünmüş xanım ictimai fikri dəyişdirmək üçün kişilərlə öpüşməyi kəsib. O, bu hərəkəti ilə özünü yazıq kimi qələmə verirdi ki, tamaşaçılar onu layihədə bir qadın kimi saxlasınlar. Lakin...

Ancaq camaat öz pullarından, necə deyərlər, həftəbecərə görə keçmədi. Bu dəfə ona heç soyadı da kömək edə bilmədi. Bu gün biz rahat "Maşın-şou"ya baxa biləcəyik. Çünki Mehriban xanım orda olmayacaq!

Lakin layihədə yaxşı dayısı olan Xəyyam Nisanov hələ də qalmaqdadır. Bəli, bu daydayı olan oğlana hələ məlum deyil, maşın qismət olacaq, ya yox. Çünki bu oyunda maddi imkanla yanaşı fiziki imkan da böyük rol oynayır. Bircə ondan qorxuram ki, finalda Mübariz Tağıyev irəli keçsin, bax, onda heç bir sms rol oynamayacaq. Don Mübarizi oyunda ələ almaq mümkün deyil. Çünki onun arxasında "Azərcell" və "Baksell" dayanıb. Üçlük finalına az qalıb. Ehtimal var ki, üçlüyə auditoriyanın sevmədiyi Murad Arif də daxil ola bilər. Murad Arif bu beşlikə düşüb. Bax, üçlüyə bu insanı buraxmaq lazım deyil. Bu adamda mənlik deyilən şey qalmayıb. Maşina görə ondan nə desən gözləmək olar. Deyəsən, cənablar, məhz bu arzu bizim ürəyimizi almaq arzusundan daha üstün çıxdı. Budur, həyatın həqiqəti - real bir maşın virtual məhəbbətdən daha yaxın oldu. Bu gedişlə dünya hara gedir, görəsən?

Xəbər lenti

Xəbər lenti