...

Azərbaycanın xalq artisti İlhamə Quliyeva: - "Xəstəxanada özümü evdəki kimi rahat hiss etmirdim"

Cəmiyyət Materials 18 İyun 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /müx.TrendLife Vüqar Vüqarlı/Məlub olub ki, xalq artisti İlhamə Quliyevanı Neftçilər xəstəxanasından evə yazıblar. TrendLife müxbiri müğənni ilə görüşüb. Onunla söhbəti oxucuların nəzərinə çatdırırq.

- İlhamə xanım, həmişə ayaqüstə! Sizin kimi görkəmli sənətçi xəstəxananın divarlarında azadlıq üçün darıxmırdımı?

- Həkimlər o qədər nazımı çəkirdilər ki, hiss etmirdim ki, xəstəxanadayam. Xəstəxananın baş həkimi Fəxrəddin Cavadova, həkim Hikmət Qarayevə, bütün həkimlərə öz minnətdarlığımı bildirirəm.

- Yəqin ki, pərəstişkarlarınız da sizi darıxmağa qoymayıblar...

- Bəs necə?! Təssəvür etməzsiniz, nə qədər zənglər olurdu. Hamı mənim tezliklə sağalmağımı arzulayırdı. Əminəm ki, bu arzular mənə dərmanlardan daha çox xeyir elədi. Allaha çox şükür, indi tam sağalmışam, ayaq üstəyəm. Sağlamlığımla heç bir problemim yoxdur.

- Rəsmi şəxslər də sizinlə maraqlanırdılarmı? Axı siz ölkənin xalq artistisiniz...

- Keçmiş mədəniyyət naziri, indi Rusiyadakı səfirimiz Polad Bülbüloğlu mənə şəxsən Moskvanın ən yaxşı klinikasında kurs keçməyi təklif etdi. Həmçinin Prezident Aparatının bir çox nümayəndələri mənimlə maraqlandılar. Şikayət etsəm, günah olar. Yəqin "Ağ çiçəyim" gül dükanında gül qalmadı. Palatam güllərə qərq olmuşdu (gülür).

- Siz xəstəxanada olduğunuz müddətdə nə qədər yeni dost tapdınız? Və yaxud düşmənləriniz aşkar olundu?

- Bilirsiz, xəstə olduğum müddətdə o qədər zənglər olurdu ki, çoxunu tanıyırdım, bəzilərini isə yox. Tanımadığım, gözləmədiyim insanlar məni dəstəkləyirdi. Düşmənlərə gəldikdə isə, düşmənim yoxdur, mənə paxıllıq edənlər çoxdur. Gördüyünüz kimi, onlara çox sevinməyə imkan vemədim.

- Şou-biznesdən iki həftəlik uzaqlaşmaq sizi sevindirir, yoxsa kədərləndirir?

- Məgər bizdə şou-biznes var ki, bu barədə hansısa emosiyalarımı bildirim? Bizdə bardakdır, şou-biznes yox. Buna görə də kədərlənmirəm.

- Sonuncu sualım. Sizin gələcək planlarınız...

- Bir neçə ay istirahət edəcəyəm. Mütləq. Özü də yay vaxtıdır, istidir. Yəqin ki, iyulun ortalarında planlaşdırdığım konsert təxirə salınacaq. Necə deyərlər, ona da vaxt olacaq...

- Biz sizə yaxşı istirahət, bir də yeni konsertlər arzu edirik!

- Çox sağ olun. İnanıram ki, xalqımı yeni yaradıcılıq nümunələrimlə hələ çox tez-tez sevindirəcəyəm!

Xəbər lenti

Xəbər lenti