...

Ali məktəblərə qəbul qaydaları açıqlandı

Cəmiyyət Materials 19 İyun 2007 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun/müx. "TrendLife" Fərid Sadıxov / Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün dövlət və özəl ali məktəblərə sənəd qəbulu qaydalarını açıqlayıb.

Komissiyanın məlumatına görə, orta məktəblərin bu ilki məzunları üçün sənəd qəbulu iyunun 25-dən iyulun 5-dək, əvvəlki illərin məzunları üçün isə sənəd qəbulu iyunun 22-dən 30-dək müvafiq Sənəd Qəbulu komissyalarında aparılacaq.

Dövlət Komissiyası bəyan edib ki, "Azərbaycan dili" fənni üzrə imtahanda iştirak etməmiş və ya bu imtahandan "2" almış abituriyentlər rus bölməsinə sənəd verə bilməzlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər test imtahanından əvvəl xüsusi qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanları iyunun 25-dən iyulun 3-dək keçiriləcək.

Qeyd edək ki, 1972-1989-cu il təvəllüdlü 35 yaşınadək gənclər hərbi xidmətdən möhlət haqqında arayış və Hərbi Komissarlıqda qeydiyyatda olması barədə sənəd də təqdim etməlidirlər. Yalnız 2007-ci ilin oğlan məzunlarından hərbi xidmətdən möhlət haqqında arayış istənilmir.

Sənəd verən abituriyentlər 8 ixtisas seçə bilərlər.

Qəbul imtahanları Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Ali məktəbələrə daxil ola bilməyənlər topladıqları ballar əsasında texnikumların müsabiqəsində iştirak edə biləcəklər.

I ixtisas qrupunda minimum 200 bal, digər qruplarda isə minimum 250 bal toplayan abituriyentlər ali məktəblərə müsabiqədə iştirak edə biləcəklər. Bu zaman abituriyentin hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır.

Xəbər lenti

Xəbər lenti