Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ "AZİZ" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası gürcü diaspor təşkilatlarını özündə birləşdirərək yeni formatda yarana bilər. Bu bəyanatla cümə günü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda "Cənubi Qafqazda tolerantlıq məsələləri: Azərbaycan, gürcü və yəhudi xalqlarının qardaşlıq əlaqələrinin timsalında" mövzusunda keçirilən Dəyirmi masada institutun direktoru, professor Rövşən Mustafayev çıxış edib. Onun sözlərinə görə, erməni terrorçuları tarix boyu Azərbaycan, yəhudi və gürcü xalqlarına qarşı soyqırım siyasəti yeridib.
"Ermənistan dövlətinin yürütdüyü monoetnizm siyasəti, məkrli anti-Azərbaycan və anti-gürcü əhval-ruhiyyəsi, eləcə də bu siyasətin reallaşdırılması məqsədilə hərbiləşdirilmiş qurumların və terrorçu qruplaşmaların yaradılması Cənubi Qafqazdakı müxtəlif mədəniyyətlərə xas ümumbəşəri dəyərlərin məhvinə yönəlmiş təhlükədir" - deyə Mustafayev əlavə edib.
Toplantıda Assosiasiyanın prezidenti, İsrail parlamentinin deputatı İosif Şaqalın tədbir iştirakçılarına müraciəti də oxunub.