...

Nəhayət, Murad da evləndi

Cəmiyyət Materials 2 İyul 2007 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul /müx.TrendLife Vüqar Vüqarlı/Dünən "Yaxta Club"da yaddaqalan bir hadisə baş verdi. Əməkdar artist Murad Hüseynov, nəhayət ki, öz yarı olan Məryəmi tapa bildi. 34 yaşlı pianoçu öz ikinci yarını çox axtarırdı. Sən demə, o, heç də uzaqda deyilmiş. Ən maraqlısı isə odur ki, Məryəm onun həmkarıdır. Belə ki, o da pianoçudur. Nə olsun ki, Məryəm məktəbə Murad məktəbi bitirdkdən bir il sonra gedib. Nə olsun, bəy vaxtının çox hiisssəsini xaricdə keçirir. Sevginin sərhədi yoxdur.

Toya gələnləri isə intellektual musiqi insanları adlandırmaq olardı. Dəniz sahilinə ona görə yığışmışdılar ki, bu günü qeyd etsinlər. Fərhad Bədəlbəyli, Murad Adıgözəlov, Rəşidə Behbudova, Emil Məmmədov və başqa musiqiçilər bəy-gəlinlə birlikdə sevinirdilər. Toyun tomadası isə aktyor, aparıcı Firdövsi Atakişiyev idi.

Qonaqlarla bərabər mən özüm də çox sevinirdim. Çünki həmişə belə insanlarla ünsiyyətdə olmaq hamıya nəsib olmur. Qonaqlar içməyi, oynamağı çox sevirlər. Rəqs proqramının ən ali nöqtəsi "Yallı" oldu. Bu rəqs qrupuna qonaqların bir qismi və bəy-gəlin daxil idi. Əlbəttə, yeni ailə quranların valslarını qeyd etmək lap yerinə düşərdi. Onların rəqsləri yüksək səviyyədə idi. Qonaqların başları oynamağa o qədər qarışmışdı ki, demək olar, süfrədəki naz-nemətlərə əl vurulmamışdı. Süfrələrə qulluq edənlər də qonaqlardan az sevinmirdilər.

Xəbər lenti

Xəbər lenti