...

Qanunsuz qum daşıyan sürücülər cəzalandırılıb

Cəmiyyət Materials 4 İyul 2007 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən baxış-nəzarət məqsədilə Abşeron yarımadasının Xəzər dənizi sahilində və "Ləhiş" bağları ərazisində qanunsuz qum daşınması ilə əlaqədar reydlər keçirilib. Nazirliyin mətbuat xidmətindən çərşənbə günü bildiriblər ki, reydlər zamanı 12 sürücü barədə akt və protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə təqsirkar şəxslərə 330 manat məbləğində cərimə tətbiq olunub. Qeyri-qanuni qum daşıyan və nazirliyin əməkdaşlarına heç bir sənəd təqdim etməyən sürücülər barədə isə səlahiyyətləri daxilində qanuna müvafiq tədbirlər görülməsi üçün Departament rəhbərliyi tərəfindən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə məktubla müraciət edilib.

Xəbər lenti

Xəbər lenti