Azərbaycan, Bakı /müx. Trend S.Ağaeva/ İlin sonuna kimi Azərbaycanda 53 məktəb (30 min nəfər üçün) inşa ediləcək. Məktəblərin tikintisi Azərbaycan Təhsil Nazirliyinin xətti ilə gerçəkləşəcək. Bu barədə nazirlikdən məlumat veriblər.
Bundan əlavə 59 məktəbdə 822 sinif otaqları üçün əlavə korpuslar inşa etdiriləcək. Daha 40 məktəbdə isə əsaslı təmir işləri aparılacaq.
Nazirlikdən bildiriblər ki, "Azərbaycandakı məktəblərin əsaslı təmiri və inşası" Dövlət Proqramı layihəsi üzərində iş davam edir.