...

Ülvi Quliyev: "Olimpiya oyunlarının Bakıda keçirilməsini heç də təəccübləndirici hal kimi qəbul etmirəm"

Cəmiyyət Materials 5 İyul 2007 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyul /müx.TrendLife Vüqar Vüqarlı/Sirr deyil ki, bizim ölkədə idmanın təbliğatına böyük önəm verilir. Bakıda Avropa üzrə bədii gimnastika çempionatının keçirilməsi buna əla göstəricidir. Lakin bir danılmaz fakt var ki, bizim idman ulduzlarımız vətənlərində az tanınsalar da, bütün dünyada layiqincə tanınırlar. Estrada ulduzlarımızı isə ancaq Azərbaycanda tanıyırlar. Niyə belə olur? Bununla necə mübarizə aparmaq olar? Biz bu suallarla Milli Məclisin deputatı, Azərbaycanın karate-do federasiyasının prezidenti Ülvi Quliyevə müraciət etdik.

- Son illər Azərbaycanda geniş beynəlxalq yarışlar keçirilir. Buna misal olaraq bu yaxınlarda bədii gimnastika üzrə Avropa çempionatının Bakıda keçirilməsini göstərmək olar. Yaxın zamanlarda güləş üzrə dünya çempionatı keçiriləcək. Pessimist insanlar əmindilər ki, belə tədbirlər ölkə büdcəsinə ancaq ziyan vurur. Sizn münasibətiniz necədir?

- Pisimist insanların danışmağa sözləri yoxdur.Mən bədii gimnastika çempionatının açılışında oldum. Olimpiya oyunlarını çıxmaq şərti ilə belə mənzərənin şahidi olmamışdım. Bu yarışların təşkili necə gözəl düzənlənmişdi. Çox diqqətlə yanaşmışdılar. Əlbəttə, bu yarışmalara çoxlu vəsait xərclənmişdi. Boş yerə yox, bizim ölkədə bədii gimnastikanın təbliği üçün.

- Yəni oyunu işıqlandırmağa dəyər?

- Tamamilə doğrudur. Əlbəttə, dəyər!

- Cəmiyytdə idmanın təbliğindən söhbət gedirsə, hətta titullu idmançılar şou-biznesin nümayəndələri ilə müqayisə edilə bilməz. Siz də dana bilməzsiniz ki, Elariz və yaxud Nadir Qafarzadə küçələrdə olimpiya çempionu Fərid Mansurovdan, iki qat dünya çempionu Rafael Ağayevdən çox tanınırlar. Bəs idmanın təbliğinin nəticəsi harda qaldı?

- Bilirsiz, bu sual həmişə məni düşündürüb. Siz də razılaşın ki, hazırda ölkəmizdə idmanının təbliği yüksək səviyyədədir. Mən böyük təəssüf hissi ilə deyirəm ki, televiziyannı təbliği yalnız iki müğənninin bir-birinə dedikləri sözlərdən ibarətdir. Bu vəziyyətdə mətbuatın da böyük günahı var. Onlar idmançının ölkəmizdə qazandığı qələbələridən söhbət etmirlər, yanız şou-biznesdə yüngül xarakter daşıyan intiraqalardan danışıb insanların zövqlərini korlayırlar. Məhz Rafael Ağayevə görə Azərbaycana italyanlar gəlir ki, onun haqqında sənədli film çəksinlər. Lakin onu Azərbaycanda o qədər də tanımırlar. Mənim də çox acığıma gəlir ki, Azərbaycandan kənarda bayrağımızı qaldıranlar ölkənin özündə o qədər də məhşur deyillər.

- Məlumdur k, Devid Koprerfildin tryuklərini ABŞ hökuməti maliyyələşdirir. Çünki o, bu ölkənin vətəndaşıdır, ölkənin adını bütün dünyada tanıdır. Baxmayaraq ki, idmançı Aleksandr Popov və Konstantin Suzyu çoxdandır ki, Avstraliyada yaşayırlar, onların tarixi ölkəsi olan Rusiya onların brendini hər yerdə reklam edir. Bu sözləri Şarapovaya da aid etmək olar. Bizdə isə hətta Azərbaycanda yaşayan idmançıları belə tanıtmaq istəmirlər. Bəlkə Milli Məclis bununla məşğul olsun. Axı bizdə "İdman haqqında qanun" var?...

- Düzdür, belə bir qanun var. Əgər səhv etmirəmsə, bu qanun 10 il bundan əvvəl qəbul olunub. Sizin təklifiniz çox maraqlı oldu. Bizim insanların milli maraqları maliyyə maraqlarından daha üstündür. Yenə də KİV-ə minnətdaram. Elə insanlar var ki, Yalamadan o yana onları heç kim tanımır. Bizdə isə elə tanınmışlar var ki, onları bütün dünyada tanıyırlar, hörmət edirlər.

- Amma idmançını tək KİV reklam etmir. Sadə jurnalist heç bir firmadan xahiş edə bilməz ki, məsələn Namiq Abdullayevi və ya Valeri Korotenkonu özünün sması etsin. Artıq bir neçə ildir ki, rusiyalı gimnastlar Kabayeva və Kapranova ilə birlikdə Dinara Gimatova da "Lonjinin" simasıdır. Bəs nəyə görə digər təşkilatlar çalışmasınlar ki, onların yetirmələri bir brendə çevrilsin?

- Düzünü desəm, biz bu haqda düşünməmişik. Mən boynuma alıram ki, bizim günahımız elə məhz bundadır. Əgər biz doğurdan da öz məhşur idmançılarımızı zirvələrə qaldırmasaq, bunu bizdən yaxşı kim edə bilər?

- Amma hələ ki, Milli Məclisin deputatları öz maaşlarını qaldırırlar. Bəs idmançıları nə vaxt qaldıracağıq?

- Hansı ölkədə idmanın ikişafına bizdəki kimi diqqət ayırılır? Hansı ölkədə belə nəhəng beynəlxalq yarışlar keçirilir? Harda bu qədər idman kompleksləri tikilir? İndi isə biz 2016-cı idə Bakıda keçiriləcək Olimpiiya oyunlarına ərizələr vermişik.

- Yeri gəlmişkən, Olimpiya oyunlarından söz düşmüşkən, pessimist görünmək istəməzdim, ancaq siz necə düşünürsünüz, bu ideya reallaşa bilər? Məgər Bakı 9 ildən sonra Yay olimpiya oyununu keçirə bilər?

- Niyə də yox? Biz Soçinin nəyindən pisik? Bəyəm onlarda bu yarışlara hər şey hazırdır ki? Əgər biz 2009-cu ildə oyunların Bakıda keçirilməsinə nail olsaq, qalır yeddi il, o illərdən sonra da sakitcə Olimpiya oyunlarına hazırlaşmaqda çtəccübləndirici bir şey görmürəm.

Xəbər lenti

Xəbər lenti