Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda hava şəraiti qısa müddətdə kəskin isti keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva çərşənbə günü Trend ə bildirib ki, iyulun 12-si və 13-də havanın temperaturu 38 dərəcəyədək artacaq. Bu da aylıq normadan 2 dərəcə çoxdur.
Kəskin istilərin çox çəkməyəcəyini deyən Tağıyeva bildirib ki, iyulun 14-dən sonra Azərbaycan ərazisindən sərin dalğanın keçəcəyi gözlənilir. Gələn həftənin əvvəlində ölkə ərazisində havaların nisbətən sərin keçəcəyi və temperaturun bir neçə dərəcə düşəcəyi proqnozlaşdırılır.
Azərbaycanda iyun və iyulun bu gününə kimi havanın temperaturu əksər vaxtlarda normadan aşağı olub.