...

"Dalğa" Gənclər Hərəkatı Milli Mətbuat Günü münasibətilə dinc aksiya keçirəcək

Cəmiyyət Materials 17 İyul 2007 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbaliyeva/ "Dalğa" Gənclər Hərəkatı 22 iyul Milli Mətbuat Günü münasibətilə dinc aksiya keçirəcək. İyulun 22-də saat 18.00-dan 20.00-dək "Fəvvarələr meydanı"nda "Azad mətbuatı yaşadaq" şüarı ilə keçiriləcək dinc aksiyada iştirak edənlər heç bir şüar səsləndirmədən, yürüş etmədən bir yerdə dayanacaq və qəzet oxuyacaqlar. Məqsəd insanları azad mətbuata sahib çıxmağa təşviq etməkdir. Aksiyada iştirak etmək üçün gənclər təşkilatları, beynəlxalq təşkilatlar, səfirliklər, dövlət və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinə müraciət məktubları göndəriləcək, vətəndaşlar arasında isə aksiyaya çağırış vərəqələri paylanacaq. 

Xəbər lenti

Xəbər lenti