...

Azərbaycan prezidenti Aparatının rəsmisi: "Həbsdə olan jurnalistlər islah olunmayıb və azadlığa çıxan kimi yenə insanlara böhtan atacaqlar" (video)

Cəmiyyət Materials 19 İyul 2007 18:02 (UTC +04:00)
Azərbaycan prezidenti Aparatının rəsmisi: "Həbsdə olan jurnalistlər islah olunmayıb və azadlığa çıxan kimi yenə insanlara böhtan atacaqlar" (video)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurasının həbsdə olan jurnalistlərin əfvi ilə bağlı müraciətinə hazırda Prezident yanında Əfv Komissiyasında baxılır. Bu barədə Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov cümə axşamı jurnalistlərə açıqlamasında bildirib.

Həsənov qeyd edib ki, Komissiyada Mətbuat Şurasının təqdim etdiyi siyahıya baxılır və dövlət başçısı qısamüddətli məzuniyyətdən qayıtdıqdan sonra ona müraciət barədə məruzə ediləcək. Həsənovun sözlərinə görə, hansı qərar veriləcəyini isə Əfv Komissiyası müəyyən edəcək.

Prezident Aparatı rəsmisi bildirib ki, o,hazırda həbsdə olan jurnalistlərin mövqelərində dəyişiklik baş verdiyinə inanmır: "Əgər onlar əfv üçün müraciət etmirlərsə, deməli, islah olunmaları üçün heç bir zəmanət yoxdur. Mən əminəm ki, həmin jurnalistlər islah olunmayıblar. Azadlığa çıxan kimi yenə də insanlara böhtan atacaq, yalan yazılar yazacaqlar. Sadəcə olaraq Mətbuat Şurası nüfuzlu bir qurumdur və onun müraciətinə Əfv Komissiyası baxmalıdır" - deyə Həsənov qeyd edib.

Xatırladaq ki, hazırda yeddi nəfər jurnalist həbsdədir.

Xəbər lenti

Xəbər lenti