...

Bakıya Sofi Morso gələcək?

Cəmiyyət Materials 24 İyul 2007 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyul /müx. "TrendLife" Eldar Hüseynzadə/ Bakıda sentyabr ayında hər il olduğu kimi "Şərq-Qərb" kinofestivalı açılacaq. Həmişə olduğu kimi çoxlu qonaqlar gözlənilir. Deyilənlərə görə, qonaq qismində tanınmış fransız aktrisası Sofi Morso da iştirak edəcək. "TrendLife" bu informasiyanı dəqiqləşdirmək üçün Kinomatoqrafçılar İttifaqına müraciət etdi. İttifaqın katibi Abbas Əliyevin verdiyi məlumata görə: "Hələ dəqiq məlumat verə bilmərəm. Bəli, biz onlara bu haqda məlumat göndərmişik. Hazırda danışıqlar aparılır. Lakin əvvəlcədən söz vermək istəməzdim. Çünki aktyorların iş qrafiki bir il qabaqdan dolu olur".

Xəbər lenti

Xəbər lenti