...

Müğənni Abbas Əhməd: "Mən cins şalvarları çox sevirəm"

Cəmiyyət Materials 28 İyul 2007 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul /müx. "TrendLife" Əli Dərviş/ Azərbaycanın tanınmış müğənnisi Abbas Əhməd gənc vaxtlarında cavan qızların arxasınca düşməyi, cins geyinməyi, gözəl qızlarla tanış olmağı, "Bitlz" qrupunu dinləməyi çox sevirdi. Özünün dediyinə görə: "Mən ilk dəfə cins şalvarı 15 yaşım olanda geyinmişəm. Təəssüf ki, o da mənim deyildi, xalam oğlu geyinirdi, sonra mənə verirdi. Həmin şalvarlar çox orjenal idi. Mən həmin şalvarlarda özümü qərb şəhzadəsi kimi hiss edirdim. Elə bilirdim ki, Maykl Ceksonam. Sovet dövründə yerli dükanlarda cinslər tapmaq çox müşkül məsələ idi." Hər birimiz cinsi özümüz seçməliyik. Ümumiyyətlə, özümüz bilməliyik ki, cins geyinməliyik, ya yox. Bir şeyi unutmaq lazım deyil ki, bu geyim bütün xaqların geyimidir. Şəxsən Abbas Əhmədə cins geyinmək böyük uğur gətirib. Belə ki, müğənni bildirdi ki: "Mən gənc olduğum illərdə qızların ürəklərini fəth etmək üçün cavanlar dəbdə olan cins paltarlar və ağ krassovkalar geyinməli idilər. Xalam oğlunun cins şalvarları qızlarla tanış olmaqda mənə çox kömək edirdi. İndi də cins şalvarlar geyinirəm. Yalnız bu şalvarlar özümə məxsusdur. O cinsləri isə hələ də qoruyub saxlayıram. Ancaq onlar dəbdən düşüb, həm də əynimə girmir".

Xəbər lenti

Xəbər lenti