...

Azərbaycanlı əsir ailəsinə ikinci məktub göndərib

Cəmiyyət Materials 13 Avqust 2007 17:55 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Ermənilərin əsir götürdükləri Tərtər şəhər sakini Anar Əliyev ailəsinə ikinci məktub göndərib. Əsirin atası Maarif Əliyev bazar ertəsi Trend ə bildirib ki, Beynəlxalq Qırmızı Xaş Komitəsinin (BQXK)Azərbaycan nümayəndəliyi məkubu bu gün onlara təqdim edib. Əliyev məktubunda yaxşı olduğunu, BQXK-nin nümayəndələrinin ona tez-tez baş çəkdiyini bildirib. O həmçinin birinci məktubuna ailəsinin göndərdiyi cavabı aldığını da məktubda qeyd edib.

1978-ci il təvəllüdlü Əliyev avqustun 2-də cəbhə xəttində ermənilər tərəfindən əsir götürülüb.

Hazırda erməni əsirliyində Əliyevlə bərabər mülki şəxs Əşrəf Cəfərov, əsgər Samir Məmmədov saxlanılır. Məmmədov ötən il dekabrın 24-də ermənilər tərəfindən əsir götürülüb. Qazax rayonundakı N saylı hərbi hissənin əsgəri, Bərdə rayon hərbi komissarlığından hərbi xidmətə çağrılan Məmmədov hərbi hissədən 15 kilometr aralıda, Qazax-İcevan sərhəddində ermənilər tərəfindən əsir götürülüb.

Ombudsman Elmira Süleymanova azərbaycanlı əsirlərin qısa müddətdə qaytarılması ilə bağlı BQXK-nin prezidenti Yakob Kellenberqerə müraciət edib.

Xəbər lenti

Xəbər lenti