...

Azərbaycan yığmasının volleybolçusu Natalya Məmmədova komandada çıxış etməkdən imtina edir

Cəmiyyət Materials 17 Avqust 2007 18:39 (UTC +04:00)
Azərbaycan yığmasının volleybolçusu Natalya Məmmədova komandada çıxış etməkdən imtina edir

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın volleybol üzrə yığmasının lideri Natalya Məmmədova milli komanadada çıxışlarını bitirə bilər.

Baş məşqçi Aleksandr Çervyakov Trend ə bildirib ki, yaxın zamanlarda oyunçu klubunu dəyişə və qərb ölkələrdən birinin çempionatında iştirak edə bilər. "Bizə Nataliyanın alınması ilə bağlı kifayət qədər çox təkliflər gəlir. Lakin hələ ki, onlar bizi qane etmir".

Volleybolçu hesab edir ki, o burada, məsələn İtaliyada "San Paolo Keri" üçün çıxış etdiyi kimi, idman karyerasının inkişafına nail ola bilmir. Ona görə də, onun komandada gələcək inkişafı məsələsi açıq qalır", - deyə A.Çervyakov bildirib.

Qeyd etmək lazımdır ki, idmançı avqustun 20-də başlayacaq Heydər Əliyev Kubokunda və Türkiyədə Avropa Qran-Prisində iştirak etməyəcək.

Xəbər lenti

Xəbər lenti