...

Azərbaycan millisi Sinqapur yığması ilə bərabərə qaldı

İdman Materials 24 Fevral 2012 19:38 (UTC +04:00)
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandası Sinqapur yığması ilə yoldaşlıq oyunu keçirib.
Azərbaycan millisi Sinqapur yığması ilə bərabərə qaldı

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandası Sinqapur yığması ilə yoldaşlıq oyunu keçirib.

Trend-in məlumatına görə, matçın 15-ci dəqiqəsində Rauf Əliyevin qolu ilə millimiz önə keçib. Birinci hissə 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Oyunun ikinci hissəsi daha maraqlı olub. 63-cü dəqiqədə Mahir Şükürov Sinqapur yığmasının qapısından 2-ci topu keçirib.

73-cü dəqiqədə İşak qapımıza təyin edilən penaltidən yararlanmaqla hesab arasındakı fərqi azaldıb. Son dəqiqələrdə isə sinqapur futbolçuları bərabərlik topunu vurmağı bacarıblar (2:2).

Xəbər lenti

Xəbər lenti