Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir M.Əliyev/
Bakının "8-ci kilometr" qəsəbəsində tikilən stadionun bu ilin iyun-iyul aylarında təhvil verilməsi gözlənilir. Bu barədə Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov bildirib.
Onun sözlərinə görə, stadionun 12 min yerlik olması nəzərdə tutulur.
Hazırda tikintisi davam edən stadion bu il Azərbaycanda sentyabrın 22-dən oktyabrın 13-dək keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatının oyunlarını da qəbul edəcək.
Dünya çempionatının əsas arenası kimi çıxış edəcək Tofiq Bəhrəmov adına Respublika stadionu çempionatın açılışına kimi ən müasir formada yenilənəcək.