...

"Real" APOEL ilə cavab matçına qara sarğıda çıxacaq

İdman Materials 4 Aprel 2012 20:41 (UTC +04:00)
İspaniyanın "Real" (Madrid) klubunun keçmiş futbolçusu Xose Mariya Sarraqa vəfat edib.
"Real" APOEL ilə cavab matçına qara sarğıda çıxacaq

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir B.Hacıyev/

İspaniyanın "Real" (Madrid) klubunun keçmiş futbolçusu Xose Mariya Sarraqa vəfat edib.

Trend-in məlumatına görə, 81 yaşlı veteranın vəfatı ilə əlaqədar "Real" futbolçuları Çempionlar Liqasının 1/4 final mərhələsində Kiprin APOEL klubu ilə cavab görüşünə qara sarğıda çıxacaqlar.

Sarraqanın xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.

Xose Mariya Sarraqa 1951-1962-ci illərdə "Kral klubu"nun şərəfini qoruyub. O, 6 dəfə İspaniya çempionu olub, 5 dəfə Çempionlar Kuboku, 1 dəfə İspaniya Kubokunu və Qitələrarası Kuboku qazanıb.

Xəbər lenti

Xəbər lenti