...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar voleybol yarışı keçiriləcək

İdman Materials 17 Aprel 2012 12:39 (UTC +04:00)
Azərbaycanın "Yeni Azərbaycan", "İki sahil" və "Səs" qəzetləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar kütləvi informasiya vasitələri arasında voleybol yarışı təşkil edəcək.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar voleybol yarışı keçiriləcək

Azərbaycan, Bakı, 17 aprel / Trend müxbir M.Əliyev/

Azərbaycanın "Yeni Azərbaycan", "İki sahil" və "Səs" qəzetləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar kütləvi informasiya vasitələri arasında voleybol yarışı təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə turnirin təşkilat komitəsindən bildirilib.

Təşkilat komitəsindən deyiblər ki, turnirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin zəngin irsini təbliğ etmək, onun Azərbaycan dövlətçiliyinin xilas olunması, müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərinin ictimaiyyətə daha geniş çatdırılmasına dəstək vermək, həmçinin, media təmsilçiləri arasında əməkdaşlığı və həmrəyliyi möhkəmləndirməyə nail olmaqdır.

Turnirin püşkatması aprelin 20-də keçiriləcək, oyunlara isə aprelin 23-də start veriləcək. Yarışı Azərbaycan Voleybol Federasiyasının təyin etdiyi hakimlər idarə edəcək.

Xəbər lenti

Xəbər lenti