Azərbaycan, Bakı, 17 may /Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov/
İran Prezidenti Mahmud Əhmədinejad bildirib ki, ölkə idmançılarını dəstəkləmək üçün həmişə beynəlxalq idman yarışlarında iştirak etmək istəyir.
Prezident bu bəyanatı cümə axşamı İranın 2011-ci ildə ağır atletika üzrə çempionu ilə görüşdə bildirib.
Əhmədinejad qeyd edib ki, beynəlxalq yarışlarda İranın gənc idmançılarını həmişə dəstəkləmək istəyib və 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunları bunun üçün əla imkandır.