Azərbaycan, Bakı, 23 may /Trend/
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsində millimizin rəqibi olan komandaların oyunlarının izlənməsi ilə bağlı açıqlama verib.
Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Foqts Avro-2012-də Portuqaliya millisinin keçirəcəyi bütün oyunları izləyəcəklərini deyib.
"Rusiya yığmasının bizim üçün bu çempionatda təhlil olunmasını düzgün hesab etmirəm. Çünki Dik Advokatın gedişindən sonra komandada dəyişikliklərin olacağı şübhəsizdir. Mayın 26-da keçiriləcək Çexiya - İsrail oyununu köməkçim Olaf Yansen, mayın 31-də Almaniya - İsrail qarşılaşmasını isə özüm izləyəcəyəm. Şimali İrlandiya yığmasının 2 oyununa baxmışıq, digər qarşılaşmalarını da diqqət mərkəzində saxlayacağıq. İyunun 2-də isə Lüksemburq - Malta oyununu izləyəcəyəm", - alman baş məşqçi əlavə edib.