...

Qoqa və İrakli Berayalar yenidən "Kəpəz"də

İdman Materials 30 İyun 2012 16:02 (UTC +04:00)
"Kəpəz" futbol klubunun baş məşqçisi Fuad İsmayılov bu gün ikitərəfli oyun keçirib və daha bir neçə futbolçu ilə bağlı son qərarını açıqlayıb.
Qoqa və İrakli Berayalar yenidən "Kəpəz"də

Azərbaycan, Bakı, 30 iyun /Trend/

"Kəpəz" futbol klubunun baş məşqçisi Fuad İsmayılov bu gün ikitərəfli oyun keçirib və daha bir neçə futbolçu ilə bağlı son qərarını açıqlayıb. Belə ki, bu günlərdə baxışa qatılan gürcü futbolçular Georgi Qapidava və Georgi Kupraşvilinin oyunu İsmayılovu razı salmayıb.

Klubun mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, baş məşqçi ukraynalı hücumçu Aleksandr Stepanişini də komandasında görmək istəməyib. Bundan başqa yerli futbolçulardan Nicat Abdullayev də oyunu ilə İsmayılovun etimadını qazana bilməyib.

Bir neçə oyunçundan imtina edən "Kəpəz" əvəzində Beraya qardaşlarını sıralarına qatıb. Bir vaxtlar komandanın uğurları üçün vuruşan İrakli və Qoqa yenə də bir il müddətinə "Kəpəz"in formasını geyəcəklər.

Hazırda komandanın məşqlərində baxışda olan daha bir neçə futbolçu da var ki, onlarla bağlı son qərarı yaxın günlərdə baş məşqçi verəcək.

Xəbər lenti

Xəbər lenti