...

Olimpiadaya gedən ağırlıqqaldıranlarımızın heyəti açıqlandı

İdman Materials 2 İyul 2012 17:37 (UTC +04:00)
2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış edəcək ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının heyəti məlumdur.
Olimpiadaya gedən ağırlıqqaldıranlarımızın heyəti açıqlandı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 iyul /Trend/

2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış edəcək ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının heyəti məlumdur. Bu barədə Trend bazar ertəsi Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına istinadən məlumat verir.

Kişilər: Valentin Xristov (56 kq), Əfqan Bayramov (69 kq), İvan Stoitsov (85 kq), İntiqam Zairov (94 kq), Veliçko Çolakov (+105 kq).

Qadınlar: Boyanka Kostova (58 kq).

Ehtiyat komanda: Sərdar Həsənov (69 kq) və Yuliya Dovqal (+75 kq).

Ağırlıqqaldıranlarımızı olimpiadaya məşqçi qismində Nizami Paşayev, Zlatan Vanev və Lıçezar Kişkilov aparacaq.

Xəbər lenti

Xəbər lenti