...

London paralimpiyadasının su idmanı növlərində qazanılan gümüş medallar Azərbaycan üçün çox vacibdir

İdman Materials 5 Sentyabr 2012 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir S.Əliyev/

Azərbaycanın paralimpiya yığmasının üzvü Natalya Pronina ölkədə olimpiya hərəkatının tarixində ilk dəfə olaraq su idmanı növlərində iki gümüş medal qazandı. Bu barədə çərşənbə günü Trend-ə hazırda Londonda olan Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev bildirib.

Fətiyevin sözlərinə görə, gümüş medallar 100 və 200 metr məsafəyə üzmədə əldə edilib. O qeyd edib ki, bu, Azərbaycan üçün çox vacib nəticədir.

"Üzgüçülük Federasiyası bundan sonra da Azərbaycan olimpiyaçılarının daha böyük uğurlar qazanması üçün səylərini davam etdirəcək", - Fətiyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti