...

Almaniyada Heydər Əliyev adına Dünya kəməri uğrunda boks turniri keçirilir

İdman Materials 14 Sentyabr 2012 13:45 (UTC +04:00)
Bu gün Almaniyanın Halle şəhərində Heydər Əliyev adına Dünya Boks Komitəsinin təşkilatçılığı ilə boks turniri keçirilir.
Almaniyada Heydər Əliyev adına Dünya kəməri uğrunda boks turniri keçirilir

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Bu gün Almaniyanın Halle şəhərində Heydər Əliyev adına Dünya Boks Komitəsinin təşkilatçılığı ilə boks turniri keçirilir.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ağır çəkidə "Alman palıdı" ləqəbli Timo Hofmann və Stefan Kretchman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adını daşıyan Dünya kəməri uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi Almaniyanın Maqdeburq şəhərində soydaşımız Yaşar Niftəliyev Millinits tərəfindən yaradılıb. Komitənin məqsədi dünyada yaşayan idmançıları birləşdirmək, ulu öndər Heydər Əliyevin gənclərə və idmana dair tövsiyələrini yerinə yetirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan soydaşlarımızla dostluq əlaqələrini möhkəmləndirmək, xalqımızın üçrəngli bayrağını uca tutub Azərbaycan Respublikasının dövlət himnini səsləndirmək, Heydər Əliyevin adını daşıyan dünya kəmərlərini dünyanın ən məşhur kəmərləri sırasına gətirməkdir.

Xəbər lenti

Xəbər lenti