...

Rövnəq Abdullayev: Azərbaycan millisinin qarşısında müəyyən məqsədlər qoyulub (FOTO)

İdman Materials 21 Sentyabr 2012 11:38 (UTC +04:00)
Azərbaycanın U-17 qadın futbol yığması çox cavan komandadır və cəmi 26 aya toplanılıb.
Rövnəq Abdullayev: Azərbaycan millisinin qarşısında müəyyən məqsədlər qoyulub (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın U-17 qadın futbol yığması çox cavan komandadır və cəmi 26 aya toplanılıb. Trend-in məlumatına görə, bunu cümə günü FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılışı ilə bağlı mətbuat konfransında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev deyib.

"Azərbaycan futbolçu qızları çox yaxşı hazırlıq keçiblər və bunu da yoldaşlıq oyunlarında nümayiş etdiriblər. Azərbaycan millisinin qarşısında müəyyən məqsədlər qoyulub", - Abdullayev bildirib.

AFFA prezidenti qeyd edib ki, DÇ çempionata qatılanlara Azərbaycan qonaqpərvərliyini bir daha nümayiş etdirməyə imkan yaradır.

Xəbər lenti

Xəbər lenti