Azərbaycan, Bakı, 25 sentyabr /Trend/
Bu gün FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin ikinci turuna start verilib.
Trend-in məlumatına görə, millimizin də yer aldığı "A" qrupunda Kolumbiya Kanada ilə qarşılaşıb.
"Şəfa" stadionunda keçirilən matçın taleyini bir qol həll edib. Same Klark 51-ci dəqiqədə Kanadaya qələbə qazandıran qola imza atıb.
B qrupunda isə ilk görüşdə Qambiyanı 11:0 hesabı ilə darmadağın edəm KXDR Fransa ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
Qollar: Ri Un Sim, 59 (0:1), Kadidiatou Diani, 60 (1:1)