...

Millinin heyəti açıqlandı

İdman Materials 1 Oktyabr 2012 16:38 (UTC +04:00)
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskva şəhərindəki Lujniki stadionunda keçiriləcək Rusiya - Azərbaycan oyununa hazırlıq məqsədilə oktyabrın 5-dən 13-dək Bakıda Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq.
Millinin heyəti açıqlandı

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 16-da, Moskva şəhərindəki Lujniki stadionunda keçiriləcək Rusiya - Azərbaycan oyununa hazırlıq məqsədilə oktyabrın 5-dən 13-dək Bakıda Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq.

Trend AFFA-nın rəsmi saytına istinadən toplanışa dəvət olunmuş futbolçuların siyahısını təqdim edir:

Kamran Ağayev - "Xəzər Lənkəran"
Anar Nəzirov - "Qəbələ"
Səlahət Ağayev - "Sumqayıt"
Rəşad Sadıqov - "Qarabağ"
Volodimir Levin - "İnter"
Bədavi Hüseynov - "Qarabağ"
Usim Nduka - AZAL
Elnur Allahverdiyev - "Xəzər Lənkəran"
Maksim Medvedev - "Qarabağ"
Əli Gökdemir - "Hannover 96" (Almaniya)
Ruslan Əmircanov - "İnter"
Aqil Nəbiyev - AZAL
Ruslan Abışov - "Xəzər Lənkəran"
Elhad Nəziri - "Milsami" (Moldova)
Murad Ağayev - "Sumqayıt"
Aleksandr Çertoqanov - "Qəbələ"
Rahid Əmirquliyev - "Xəzər Lənkəran"
Mahir Şükürov - "Neftçi"
Cavid Hüseynov - "Adanademirspor" (Türkiyə)
Elvin Məmmədov - "Bakı"
Əfran İsmayılov - "Qarabağ"
Nizami Hacıyev - "İnter"
Cavid İmamverdiyev - "Neftçi"
Branimir Subaşiç - "Xəzər Lənkəran"
Vüqar Nadirov - "Qarabağ"
Vaqif Cavadov - "Qarabağ"
Rauf Əliyev - "Qarabağ"
Cihan Özkara - "Kayseri Erciyesspor" (Türkiyə)

Qeyd edək ki, Elhad Nəziri oktyabrın 6-dan, Əli Gökdemir, Cavid Hüseynov və Cihan Özkara isə oktyabrın 8-dən komandanın heyətinə qoşulacaq.

Xəbər lenti

Xəbər lenti