...

FIFA U-17 qadınlararası dünya çempionatının bürünc mükafatçısı müəyyənləşib

İdman Materials 13 Oktyabr 2012 18:50 (UTC +04:00)
FIFA U-17 qadınlararası dünya çempionatının bürünc mükafatçısı müəyyənləşib.
FIFA U-17 qadınlararası dünya çempionatının bürünc mükafatçısı müəyyənləşib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda keçirilən FIFA U-17 qadınlararası dünya çempionatının bürünc mükafatçısı müəyyənləşib.

Trend-in məlumatına görə, çempionatın üçüncü yer uğrunda keçirilən oyununda Qana və Almaniya milliləri qarşılaşıblar. Oyunda qanalı qızlar almaniyalı qızlar üzərində 1:0 hesabı ilə qalib gələrək çempionatın bürünc medallarına sahib çıxıblar.

FIFA U-17 qadınlararası dünya çempionatının finalı Bakı vaxtı ilə 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq, Fransa Koreya XDR ilə qarşılaşacaq.

Final oyunundan dərhal sonra çempionatın rəsmi başlanış mərasimi keçiriləcək.

Qeyd edək ki, 17 yaşadək qadınlar arasında dünya çempionatı üçüncü dəfə keçirilib və sentyabrın 22-də başlamışdı. Çempionatda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edib. Bu, Azərbaycanda keçirilən ilk FIFA tədbiridir və Avrasiyada baş tutan ilk U-17 qadınlararası dünya çempionatıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti