...

"Dalğa Arena"da keçirilmiş oyunların sayı 150-yə çatıb

İdman Materials 12 Fevral 2013 14:56 (UTC +04:00)
AFFA tərəfindən inşa olumuş "Dalğa Arena"da keçirilmiş oyunların sayı 150-yə çatıb.
"Dalğa Arena"da keçirilmiş oyunların sayı 150-yə çatıb

Azərbaycan, Bakı, 12 fevral /Trend/

AFFA tərəfindən inşa olumuş "Dalğa Arena"da keçirilmiş oyunların sayı 150-yə çatıb.

Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, "U-14 Azərbaycan kuboku" turnirinin 1/4 final mərhələsi çərçivəsində Qərb və Şimal yığmaları arasında keçirilmiş qarşılaşma "Dalğa Arena"nın istifadəyə verildiyi 600 gün ərzində qəbul etdiyi 150-ci oyun olub.

Xatırladaq ki, AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"nın açılış mərasimi 2011-ci il iyunun 6-da FIFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti