Azərbaycan, Bakı, 6 may /Trend/
Azərbaycanın yeniyetmə gimnastlardan ibarət komanda Sofiya şəhərində bədii gimnastika üzrə Dünya kuboku çərçivəsində keçirilən beynəlxalq turnirdə çoxnövlülük üzrə beşinci pilləni tutub. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildiriblər.
Beş halqa ilə iki tapşırığın nəticələrinə görə, kollektiv minimum nəticə, bürünc xətdən 0,4 bal aşağı, 31,45 bal toplayıblar.
Marina Durundanın aktivində üç final daxil olmaqla 5-ci yer var. O, iki dəfə (gürz və lent) Avstriya və Koreya idmançıları ilə beşinci və 6-cı (halqa və lent) olub. İkinci azərbaycanlı idmançı Lalə Yusifova çoxnövlülük üzrə yarışlarda 11-ci pilləni tutub.
Ölkənin böyüklərdən ibarət komandası Sofiyada final çıxışları ilə yadda qalıb. Çoxnövlülükdə 6-cı olan qızlar bu nəticəni 5 cüt gürzlə olan yarışlarda təkrarlayıblar. Onlar, həmçinin 3 top və 2 lent kombinasiyasında 7-ci pilləni tutublar.
Məlumatda bildirilir ki, sonrakı istiqamət Minskdir. Belarus paytaxtında mayın 17-19-da Dünya kubokunun növbəti mərhələsi və Vyanada (31 may- 2 iyun) Avropa çempionatı öncəsi son turnir keçiriləcək. Milli komandanın məşqçi qərargahı hesab edir ki, Yusifova, Durunda və qrup komandası öz reytinqini daha yuxarı qaldırmalıdır.