Azərbaycan, Bakı, 29 may /Trend/
"Qalatasaray" və "Fənərbağça" komandaları arasında bu il avqustun 11-də Türkiyə Superkuboku uğrunda keçiriləcək oyunun Bakıda təşkil olunması ilə bağlı Türkiyə Futbol Fedrasiyası AFFA-ya rəsmi məktub ünvanlayıb.
Trend qurumun rəsmi saytına istinadən məlumat verir ki, AFFA tərəfindən bu müraciətə iyunun 3-dək cavab verilməsi xahiş olunub.