...

Azərbaycanlı boksçu Fariz Məmmədov I Avropa Oyunlarına qatılmağı hədəfləyir (FOTO)

İdman Materials 25 Sentyabr 2013 14:51 (UTC +04:00)
Azərbaycanlı boksçu Fariz Məmmədov I Avropa Oyunlarına qatılmağı hədəfləyir.
Azərbaycanlı boksçu Fariz Məmmədov I Avropa Oyunlarına qatılmağı hədəfləyir (FOTO)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend, müxbir M.Əliyev/

Azərbaycanlı boksçu Fariz Məmmədov I Avropa Oyunlarına qatılmağı hədəfləyir.

Trend-in məlumatına görə, bu barədə boksçu çərşənbə günü keçirilən mətbuat konfransında bildirib.

F.Məmmədov yarışda boks növü üzrə qalib olmağı qarşıya məqsəd qoyduğunu vurğulayıb.

Boksçu, həmçinin bildirib ki, 2014-cü ildə təşkil olunacaq APB-də (Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) Peşəkar Boks yarışı) mübarizə aparmaq niyyətindədir. Bu yarışa təklif aldığını deyən F. Məmmədov AİBA-nın yeni layihəsində qüvvəsini sınamaq niyyətdə olduğunu açıqlayıb. Peşəkar boksçu 69 kq çəki dərəcəsində qalib olaraq 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq niyyətindədir.

Peşəkar boksçunun daha bir hədəfi isə peşəkar boksda məşhur versiyalardan sayılan WBO, WBC, WBA və İBF-in birində Avropa kəmərinə yiyələnməkdir. Vaxtilə bu versiyalardan 3-də "İntercontinental" kəməri qazandığını xatırladan F. Məmmədov deyib ki, boksdan 8 ilədək uzaq qalması səbəbindən uğurlarını davam etdirə bilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti