...

"Neftçi" "Xəzər Lənkəran"ı darmadağın etdi

İdman Materials 2 Noyabr 2013 20:57 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunları keçirilib.
"Neftçi" "Xəzər Lənkəran"ı darmadağın etdi

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, turun mərkəzi görüşündə "Neftçi" "Xəzər Lənkəran"ı qəbul edib.

Matçda ilk qol birinci hissənin son dəqiqəsində bakılılardan gəlib - Bahodir Nasimov fərqlənib.

İkinci hissədə isə "qol yağışı" qeydə alınıb: Mahir Şükürov, 65-pen (2:0), Ernest Nfor, 90 (3:0), Etame Mbilla, 90+1 (3:1), Flavio, 90+2 (4:1)

Beləliklə, "Neftçi" 12 oyundan 25 xalla turnir cədvəlinin ilk pilləsinə yüksəlib.

Bakıda keçirilən digər oyunda isə "İnter" "Rəvan"ı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 12-ci tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti