Azərbaycan, Bakı, 6 may /Trend/
İranın Jamejem qəzeti Çempionlar Liqası yarımfinal mərhələsinin ilk görüşü - "Atletiko" - "Çelsi" matçı barədə verdiyi xəbərdə Azərbaycana qarşı böyük hörmətsizlik edib.
Trend-in məlumatına görə, xəbərdə yer alan fotoda "Atletiko"lu futbolçuların formalarında olan "Land of fire Azerbaijan" yazısı silinib. Sosial şəbəkələrdə yayılan bu foto ciddi etiraza səbəb olub.