...

Rusiya Bədii Gimnastika Federasiyasının nümayəndəsi: Bakıdakı çempionatı heç nə ilə müqayisə etmək olmaz

İdman Materials 15 İyun 2014 12:47 (UTC +04:00)
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatını heç nə ilə müqayisə etmək olmaz. Trend-in məlumatına görə, bunu Rusiyanın Bədii Gimnastika Federasiyasının Rostov vilayəti üzrə rəhbəri Yelena İvanova deyib.
Rusiya Bədii Gimnastika Federasiyasının nümayəndəsi: Bakıdakı çempionatı heç nə ilə müqayisə etmək olmaz

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir A.Bədəlova/

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatını heç nə ilə müqayisə etmək olmaz. Trend-in məlumatına görə, bunu Rusiyanın Bədii Gimnastika Federasiyasının Rostov vilayəti üzrə rəhbəri Yelena İvanova deyib.

Y.İvanova qeyd edib: "Biz bir çox dünya çempionatlarında, Olimpiya Oyunlarında iştirak etmişik. Lakin bu Avropa çempionatını heç nə ilə müqayisə etmək olmaz".

O, Bakıya ölkə federasiyasının dəstək qrupu ilə gəlib. Qrupa qabaqcıl məşqçilər, idmançılar, hakimlər daxildir.

Bakıda ilk dəfə olduğunu deyən Y.İvanova qeyd edib ki, müxtəlif olimpiadalara gedib: "Əlbəttə ki, mən çox heyran qalmışam, Bakının belə gözəl və füsunkar şəhər olduğunu gözləmirdim".

O, çempionatın yaxşı təşkil edildiyini də vurğulayıb: "Mənim hər şey xoşuma gəlir. Federasiyanız çox ağıllı işləyir və çox dərrakəli rəhbərlər var".

Y.İvanova Azərbaycan gimnastlarının, xüsusilə, fərdi proqramlarda çıxış edən gimnastların istedadını vurğulayıb: "Bu yarışlar sayəsində onların reytinqi çox yüksəlib. Gimnastlar işlərini gözəl görürlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti