...

"Baku Open 2014" şahmat turnirində 5-ci tura yekun vurulub

İdman Materials 11 Sentyabr 2014 15:40 (UTC +04:00)
Respublika Şahmat Mərkəzində keçirilən, Azərbaycan Respublikasının müstəqilliyinə həsr olunmuş “Baku Open 2014” C turnirində (12 yaşadək uşaqlar arasında) 5-ci tura yekun vurulub.
"Baku Open 2014" şahmat turnirində 5-ci tura yekun vurulub

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Respublika Şahmat Mərkəzində keçirilən, Azərbaycan Respublikasının müstəqilliyinə həsr olunmuş "Baku Open 2014" C turnirində (12 yaşadək uşaqlar arasında) 5-ci tura yekun vurulub.

4-cü turda Elçin Məmmədlini məğlubiyyətə uğradan Əhməd Əhmədzadə 5-ci turda Zaur Balayevlə üz-üzə gəlib. Oyun ikincinin qələbəsi ilə başa çatıb.

Nurlan Şükürov və Zamiq Cəfərzadə qarşılaşmasında isə Nurlan qalib ayrılıb.

Beləliklə, 5 turdan sonra Ə.Əhmədzadə və Nurlan Şükürov 5 xalla zirvəni bölüşdürürlər. 3-cü yerin sahibi isə aktivinə 4.5 xal yazan Xəzər Babazadədir.

Xatırladaq ki, yarışda 12 yaşadək 114 şahmatçı 1-ci yer uğrunda mübarizə aparır. Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilir və sentyabrın 14-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti