Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunun tədbirlər planına əsasən, növbəti çempionat Qəbələ şəhərinin meşə massivində səmti müəyyənetmə idmanı üzrə keçirilib.
Qurumun bütün əməkdaşları meşə massivində cadırlarda yerləşdirilib.
Yarışın ilk günü iştirakçılar qısa məsafə üzrə (6 punk) mübarizə aparıblar. Növbəti gün isə uzun məsafə üzrə (10 punk) yarışıblar. 2 gün ərzində davam edən gərgin mübarizədə həm şəxsi, həm də komanda hesabında qaliblər müəyyən edilib.
Yarışı baş hakim Nizami Mursaqulov izləyib.
Komanda hesabında qaliblər:
1-ci yer Dövlət Sularda Xilasetmə Xidməti
2-ci yer Sumqayıt regional mərkəz
3-cü yer Muğan regional mərkəz
Qadınlar arasında şəxsi hesabda qaliblər:
1-ci yer Mərdanova Gülnarə (Şimal regional mərkəz)
2-ci yer Eyvazova Arzu (Xüsusi Riskli Xilasetmə Xidməti)
3-cü yer Eyyubova Rəqsanə (Sumqayıt regional mərkəz)
Kişilər arasında qaliblər:
1-ci yer Bağırov Zahir (Sumqayıt regional Mərkəz)
2-ci yer Allahverdiyev Mübəssil (Xüsusi Riskli Xilasetmə Xidməti)
3-cü yer Babayev Vüqar (Dövlət Sularda Xilasetmə Xidməti)
Tədbirin sonunda İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev qalibləri təbrik edib, medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim edib.